Haqqımızda Tərəfdaşlar Suallar Əlaqə
Azərbaycan Русский
Daxil ol Tərəfdaş Olun
Ana Səhifə / Qızıl Zəmanət
Tək Paket, Tam Etibar

Qızıl Zəmanət

Bütün tərəfdaş mağazalarımızda satılan məhsullara tətbiq olunan mükəmməl xidmət: uzadılmış zəmanət və texniki servis xidməti. Sadə, şəffaf, tam əhatəli.

Qızıl Zəmanətə nə daxildir?

Məhsulunuz satın alındığı andan 12 ay müddətinə aşağıdakı təminatlarla qorunur.

Pulsuz təmirİstehsal qüsuru və ya texniki nasazlıq halında pulsuz təmir xidməti.
Əvəzləmə hüququTəmiri mümkün olmayan hallarda məhsulun əvəzlənməsi.
Pulsuz diaqnostikaServis mərkəzlərimizdə hər müraciət üçün ödənişsiz diaqnostika.
Rəsmi rəqəmsal sənədHüquqi qüvvəyə malik zəmanət sənədi PDF formatında verilir.
7/24 dəstək xəttiMüraciətinizin bütün mərhələlərində dəstək komandamız yanınızdadır.
Tərəfdaş kimi qoşulun

Qızıl Zəmanət haqqı

Məhsulun satış qiymətinə əsasən hesablanır və satış anında birdəfəlik ödənilir.

Məhsulun qiymətiZəmanət haqqı
200 AZN-ə qədər30 AZN (sabit)
200–400 AZNQiymətin 15%-i
400–1,000 AZNQiymətin 10%-i
1,000 AZN-dən çoxQiymətin 7%-i

Zəmanət haqqı satış zamanı məhsulun qiymətinə əlavə olunur və sistem tərəfindən avtomatik hesablanır.

Bütün Şərtlər

Qızıl Zəmanətin şərtləri

1. Zəmanət müddəti və coğrafi ərazi

Qızıl Zəmanət məhsulun satın alındığı tarixdən etibarən 12 ay müddətində qüvvədədir. Zəmanətin başlanma və bitmə tarixi zəmanət sənədində göstərilir və "Zəmanət Yoxla" bölməsindən yoxlanıla bilər. Zəmanət yalnız Azərbaycan Respublikası ərazisində alınmış yeni və orijinal məhsullara aiddir.

2. Zəmanətin əhatə dairəsi

Zəmanət müddəti ərzində normal istifadə şəraitində yaranan aşağıdakı hallar əhatə olunur:

Nasazlığın zəmanət şərtlərinə uyğun olduğu təsdiqləndikdə məhsul təmir edilə və ya dəyişdirilə bilər. Təmiri və ya dəyişdirilməsi mümkün olmayan hallarda məhsulun qaytarılması və ya kompensasiya məsələsi Servis Mərkəzinin texniki rəyinə əsasən müəyyən edilir.

3. Zəmanət xidməti üçün müraciət

Müştəri nasazlıq yarandıqdan sonra 3 iş günü ərzində tərəfdaş mağazaya və ya Zəng Mərkəzinə müraciət etməlidir. Məhsul zəmanət sənədi ilə birlikdə rəsmi Servis Mərkəzinə təqdim edilir və burada texniki diaqnostika aparılır.

4. Təmir müddəti

Zəmanət çərçivəsində servisə qəbul edilmiş məhsulun təmiri, texniki baxışı və ya dəyişdirilməsi 14–30 iş günü müddətində həyata keçirilə bilər. Müddət nasazlığın xarakterindən, ehtiyat hissələrinin mövcudluğundan və texniki prosesdən asılı olaraq dəyişə bilər.

5. Təmiri və dəyişdirilməsi mümkün olmayan hallar

Nasazlığın istehsal qüsurundan qaynaqlandığı və məhsulun texniki cəhətdən təmirinin mümkün olmadığı müəyyən edilərsə, məhsul analoji məhsulla əvəz edilə bilər.

Analoji məhsulla əvəzləmə mümkün olmadıqda, məhsulun servisə təqdim edildiyi tarixdəki real bazar dəyərinin 50%-i müştəriyə ödənilə bilər; bu məbləğdən diaqnostika və servis xidmətləri üzrə 10% komissiya tutulur. Məhsulun qaytarılması və kompensasiya məbləği yalnız Servis Mərkəzinin texniki qiymətləndirməsi əsasında müəyyən edilir.

6. Zəmanətin qüvvədən düşdüyü hallar

Aşağıdakı hallarda Qızıl Zəmanət tətbiq edilmir:

7. Zəmanət sənədi və məhsulun təqdim edilməsi

Zəmanət xidmətindən istifadə etmək üçün müştəri məhsulu zəmanət sənədi ilə birlikdə Servis Mərkəzinə təqdim etməlidir. Zəmanət sənədi təqdim edilmədikdə və ya sənəddəki məlumatların məhsulla uyğunluğu təsdiqlənmədikdə, pulsuz zəmanət xidməti göstərilməyə bilər.

8. Zəmanət haqqı və tərəfdaş mağazaların öhdəlikləri

Qızıl Zəmanət haqqı məhsulun satış qiymətinə uyğun olaraq aşağıdakı qaydada hesablanır:

Qızıl zəmanət məbləği satış zamanı sistem tərəfindən avtomatik hesablanır.

Tərəfdaş mağaza müştəriyə Qızıl Zəmanətin şərtləri barədə düzgün məlumat verməli, zəmanət sənədini düzgün rəsmiləşdirməli və müraciət zamanı müştəriyə lazımi dəstəyi göstərməlidir.

Bu, qısa xülasədir. Hüquqi qüvvəyə malik tam mətn üçün Zəmanət Müqaviləsi səhifəsinə baxın.

Mağazanız üçün Qızıl Zəmanəti aktivləşdirin

Tərəfdaş olun, satış zamanı avtomatik hesablanan zəmanət haqqı ilə rahat işləyin.

Tərəfdaş Olun